3400-ə yaxın insana yeni şəxsiyyət vəsiqəsi verilib
Ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti tədbirlər respublikanın Ağcabədi və Tovuz, həmçinin, paytaxtın Qaradağ, Xəzər, Abşeron və Suraxanı rayonlarında baş tutub.
Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə keçirilən səyyar xidmətlər zamanı Ağcabədi rayonunda 1121, Tovuz rayonunda 360, Qaradağ rayonunda 481, Xəzər rayonunda 697, Abşeron rayonunda 480, Suraxanı rayonunda 206, ümumilkdə, 3400-ə yaxın şəxsin müvafiq sənədləri qəbul edilib.
1news.az