Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Məlum olduğu kimi, Prezident İlham Əliyev 17 mart 2016-cı ildə 148 məhkumun əfv edilməsilə bağlı sərəncam imzalayıb. Artıq sərəncamın icrasına başlanılıb.
1news.az-ın verdiyi xəbərə görə, əfv olunan şəxslərdən 137 nəfəri cəzasının çəkilməmiş hissəsindən, 6 nəfəri islah işləri, 5 nəfəri isə cərimələrin ödənilməsindən azad ediliblər.
Əlavə olaraq qeyd edək ki, əfv olunan şəxslərdən 16 nəfəri xarici vətəndaşlardır və onlar ölkədən deportasiya olunub.
Həmçinin əfv olunanlar içərisində tanınmış məhbuslardan Tofiq Yaqublu, Yadigar Sadıqov, Rəsul Cəfərov, Rəşadət Axundov, Akif Muradverdiyev, Anar Məmmədli, Sirac Kərimli, Nemət Pənahlı, Pərviz Həşimli, Hilal Məmmədov, Taleh Xasməmmədov, Rəşad Həsənov, Ömər Məmmədov və Məmməd Əzizov da var.
1news.az