FHN gücləndirilmiş iş rejiminə keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN gücləndirilmiş iş rejiminə keçib

10:45 - 18 / 03 / 2016
FHN gücləndirilmiş iş rejiminə keçib

Fövqəladə Hallar Nazirliyi (FHN) gücləndirilmiş iş rejiminə keçib.

1news.az-ın məlumatına görə, bunda məqsəd Novruz bayramı ərəfəsində və bayram günlərində mümkün hər hansı fövqəladə hadisənin qarşısının daha operativ alınması və nəticələrinin daha çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsidir.

Bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanıb, şəxsi heyət təlimatlandırılıb.

1news.az

Paylaş:
451

Son xəbərlər

Bütün xəbərlər