Elmar Məmmədyarov: “Rusiyadan silah tədarükü ilə bağlı müqavilələrdə maliyyə problemlərimiz yoxdur” | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: “Rusiyadan silah tədarükü ilə bağlı müqavilələrdə maliyyə problemlərimiz yoxdur”

12:59 - 18 / 03 / 2016
Elmar Məmmədyarov: “Rusiyadan silah tədarükü ilə bağlı müqavilələrdə maliyyə problemlərimiz yoxdur”

Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Rusiyanın “Kommersant” nəşrinə müsahibəsi zamanı“Şimal-Cənub” nəqliyyat dəhlizinin perspektivləri, Rusiyanın baş nazirinin müavini Dmitri Rozoqinin Bakıya səfəri, eləcə də Rusiyanın Ermənistana silah tədarükü ilə bağlı Azərbaycanın bu ölkənin XİN-inə ünvanladığı notanın məzmuna aydınlıq gətirib.

Hazırki müsahibəni heç bir dəyişiklik olmadan nəzərinizə çatdırırıq:

- Rusiyanın baş nazirinin müavini Dmitri Rozoqinin bu yaxınlarda Bakıya səfəri zamanı Rusiya silahlarının Azərbaycaycana tədarükü məsələsi müzakirə olunub. Qrafikin razılaşdırılması və müqavilə ilə bağlı problem həllini tapdımı? 

- Rusiya və Azərbaycan arasında həll olunmamış maliyyə məsələlərinin olması barədə məlumat həqiqətəuyğun deyil. Biz bütün müvafiq müqavilələri ödəyirik.Silahların istifadə olunması ilə problem o mənada var ki, Azərbaycana daxil olan silahların texniki parametrləri müqavilədə əks olunan kimi olmalıdır. Dmitri Rozoqinin Bakıya səfəri zamanı bu parametrlərlə bağlı problemlərin nədən ibarət olduğuna aydınlıq gətirib və heç bir problem qalmayıb.

- Yəni ümumiyyətlə ödənişlərlə bağlı problemlər müzakirə olunmayıb?

- Təkrar edirəm: ödənişlərlə bağlı heç bir problem yoxdur. Əsas malın kondision olmasıdır. Sazişin həyata keçirilməsinə dair hər şey plan üzrə gedir. Bir neçə konkret silah növünün texniki parametrlərinin korrektə edilməsi lazımdır. Bu isə Dmitri Roqozinin sözlərinə görə, tezliklə həll  ediləcək. Azərbaycanın Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələri kommersiya prinsiplərinə uyğun şəkildə və qarşılıqlı sərfəli əməkdaşlıq əsasında uğurla inkişaf edir.

- Moskvanın Ermənistana silah tədarükü ilə bağlı Bakının göndərdiyi notanın mahiyyəti nədən ibarət idi?

- Bu növ notaların göndərilməsi birinci dəfə deyil. Rusiya, bir tərəfdən, ATƏT Minsk qrupunun həmsədri qismində çıxış edir. Digər tərəfdən isə, hər bir dövlət lazım bildiyi ölkəyə silah tədarük etmək hüququ var, biz bunu qəbul edirik. Rusiyaya bir müddət əvvəl təqdim olunan notada xahiş olunub ki, Rusiya Ermənistana silahları tədarük edərkən nəzərə almalıdır ki, həmin silah-sursatların Azərbaycanın işğal olunmuş ərazilərinə ötürülməsinə yol verilməməlidir. Bu tip tədarüklərdə “sonuncu istifadəçi” qaydası var. Sonuncu  istifadəçi Ermənistan olacağı təqdirdə məsələ Moskva və İrəvan arasında ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxmazdı. Lakin, silahlar Azərbaycanın işğal olunmuş ərazilərində peyda olduqda, bu artıq tam başqa məsələyə çevrilir.

- İstənilən halda bu silahlar Dağlıq Qarabağ ərazilərində olacaq.

- Notanın mahiyyəti bundan ibarət idi. Nəzərə alsaq ki, Moskva Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi halda, Rusiya silahlarının Qarabağda olmasında heç bir məntiq yoxdur. Rusiya XİN-də təqdim etdiyimiz notanın tonunun düzgün qəbul edildiyi Moskvanın sonrakı bəyanatlarından bəlli oldu.

- Bu yaxınlarda Ankarada Azərbaycan və Türkiyə liderlərinin danışıqları baş tutdu. Rusiya-Türkiyə münaqişəsi Bakı ilə Moskvanın münasibətlərinə nə cürsə təsir edirmi?

- Hesab etmirəm. Həm Rusiya, həm də Türkiyə ilə mehriban münasibətləri olan Azərbaycan hamıdan çox maraqlıdır ki, rus-türk münasibətlərinin qısa müddət ərzində normallaşsın.

- Bakı özünü vasitəçi rolunda görürmü?

- Bu məsələdə vasitəçilik ifadəsi – çox yüksək səslənir. İstənilən halda, mən bunu həm türk, həm də rusiyalı həmkarımla müzakirə edirəm. Türkiyə tərəfindən Rusiya təyyarəsinin vurulması hadisəsindən sonra biz dəfələrlə bu məsələni Serqey Lavrovla müzakirə etmişik. Qarşılıqlı anlaşmaya nə qədər tez nail olunsa, bu, hamı üçün bir o qədər yaxşı olacaq.

- Rusiyalı həmkarınız ilə növbəti görüş zamanı günün müzakirə mövzusu hansı məsələlər olacaq?

- Rusiya xarici işlər naziri ilə növbəti görüşlərdə ikitərəfli əməkdaşlıq, əsasən də, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasının müzakirə ediləcək. Bununla yanaşı “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı məsələsinə də fikirlərimiz cəmləşəcək. Bu nəqliyyat dəhlizi –Şimali Avropa ilə Rusiya, Azərbaycan, İran, daha sonra da Pakistan və Hindistanın dəmir yollarını birləşdirəcək. Bu yaxınlarda İrandan gəlmişik. Tehranda bu layihəyə böyük maraq göstərilir.

- Ermənistan bu layihədən kənarda qalır?

- İrəvan bu layihədə hansı formada iştirak etməsini özü müəyyənləşdirməlidir. Əgər Azərbaycan və Ermənistanın dəmiryol və nəqliyyat infrastrukturunu müqayisə etsək, o zaman səviyyəcə üst-üstə düşmür. Bizim dəmiryolu İran sərhədinə qədər çəkilib. İlin sonunadək dəmiryolu körpüsünün tikilməsi və dəmiryolunun İrana birləşdirilməsi reallaşdırılacaq. İran tərəfi yaxın iki ildə Rəşt-Astara dəmiryolunun tikintisini bitirməyi planlaşdırır. Söhbət artıq mövcud olan, real infrastrukturdan gedir.

- Rusiya qazının alınması məsələsində Bakının mövqeyi necədir? 3 milyard kubmetr həcmində sövdələşməni razılaşdırmaq uzun müddətdir ki, alınmır. Moskvada vəziyyət ilə tanış olan yaxın mənbələr bildirir ki, Bakı Qərb tərəfindən qəbul edilməyən sövdələşməyə görə də tərəddüd edir.

- Bu cür düşünmək – qaranlıq otaqda olmayan qara pişiyi axtarmaq misalına oxşayır. Mənə məlum olduğu qədər SOCAR və “Qazprom” arasındakı müqavilələr müntəzəm əsaslarla həyata keçiriləcək. Qiymətlərlə bağlı danışıqlar aparılır, parametrlər razılaşdırılır. İki dövlət şirkəti münasib mənfəət axtarır və bu, normal prosesdir. Həmçinin həcmlə bağlı tədarük məsələsi həqiqətən də mövcuddur.

- Yəni bu məsələdə siyasi əsas yoxdur?

- Mən bunu burada görmürəm.

- Dağlıq Qarabağ məsələsi haqda. Nə üçün Azərbaycan-Ermənistan qoşunlarınını təmas xəttində obyektiv nəzarət mexanizmi yaradılmayıb?

- Atəşkəs rejimi zamanı həlak olanların böyük əksəriyyəti Azərbaycan əhalisidir. Qarşı tərəfdən isə bu, ümumiyyətlə yoxdur. Onlar əsrlər boyu yaşadıqları ərazilərdən azərbaycanlı olduqları üçün məcburi olaraq çıxarılıblar. İrəvan belə bir mexanizmin fəaliyyətini gündəmə gətirməlidir. Bu,Ermənistana lazım olan texniki məsələdir. Bunun hesabına Ermənistan münaqişənin hərtərəfli siyasi-hüquqi həll olunması, status-kvonun saxlanılması və Azərbaycan torpaqlarının işğalını davam etdirməsilə diqqəti yayındırmaq istəyir. Biz əvvələr də insidentlərin izlənmə mexanizminin bu ərazilərdən erməni qoşunlarının çıxarılmasını qeyd etmişdik. Azərbaycan ərazilərindən onların çıxmasından sonra insidentlər də baş verməyəcək və nəyisə izləməyə də lazım olmayacaq.

- Münaqişənin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyətinə dair danışıqlar formatının əlavə olunmasına ehtiyac varmı?

- Velosiped ixtira etməyə ethiyac yoxdur. Münqişənin nizamlanması ilə bağlı BMT-nin qətnasmələri çoxdan təyin edilib. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin tamamilə Azərbaycan ərazilərindən çıxarılaması əks olunub. ATƏT-in Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq tədbirlər həyata keçirməli və erməni tərəfindən götürdükləri öhdəlikləri yerinə yetirməyi tələb etməlidir. Lakin İrəvan bu prosesə hər cür mane olur və həmsədrlər də bunu aydın görürlər.

1news.az

Paylaş:
813

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər