Meksikada Novruz bayramı tədbiri keçirilib - FOTO
Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində Novruz bayramı tədbiri keçirilib.
1news.az-a səfirlikdən verilən məlumata görə, tədbirdə Meksikada yaşayan azərbaycanlı icmasının üzvləri – tanınmış elm və mədəniyyət xadimləri, Meksika XİN, Meksika Senatı, habelə Meksikada akkreditə edilən diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili Mehriban Səmədova iştirakçılara Novruz bayramının çoxəsrlik tarixi barədə ətraflı məlumat verib, bu bayramın Azərbaycan və dünya xalqlarının zəngin mədəni və tarixi irsi olduğunu diqqətə çatdırıb, ölkəmizin Novruz bayram ənənələrindən bəhs edib.
Tədbirdə Azərbaycanın milli mətbəxt nümunələrindən ibarət ziyafət verilib, xalq musiqiləri səsləndirilib və bayram tonqalı yandırılıb.
Həmçinin, səfirlikdə ölkəmizin Novruz bayram ənənələrini əks etdirən müxtəlif kitab, jurnal, suvenir və bayram xonçaları sərgilənmiş və tərəfimizdən tədbir iştirakçılarına hədiyyə edilib.
1news.az