Neft bazarında qiymətlər tədricən sabitləşəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neft bazarında qiymətlər tədricən sabitləşəcək

10:30 - 22 / 03 / 2016
Neft bazarında qiymətlər tədricən sabitləşəcək

Dünya bazarlarında xam neftin qiymətinin kəskin düşməsindən sonra Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) tədricən bazarlarda qiymətlərin sabitləşəcəyi qənaətindədir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu martın 21-də Vyanada keçirilən Avropa İttifaqı - OPEK Enerji Dialoqunun 12-ci yüksək səviyyəli toplantısında OPEK-in Baş katibi Abdalla Salem əl-Badri söyləyib. Avropa İttifaqının iqlim fəaliyyəti və enerji üzrə komissarı Miqel Arias Kanete ilə görüşdən sonra əl-Badri bildirib ki, dünya bazarlarında qiymətlər tədricən yüksələcək və bu trend davam edəcək.

Onun sözlərinə görə, OPEK ölkələri neft hasilatının həcmində dəyişiklik aparılması ətrafında müzakirələr aparmaq üçün aprelin 17-də Qətər Əmirliyində toplantı keçirəcək. Toplantıda təşkilata üzv 13 ölkə ilə yanaşı, neft hasilatçısı olan bir neçə qeyri-OPEK ölkəsinin nümayəndələrinin iştirakı da gözlənilir.

1news.az

Paylaş:
680

Son xəbərlər

Bütün xəbərlər