AMB “Mobile Payment Solutions”a məcburi göstərişlər verib | 1news.az | Xəbərlər
İqtisadiyyat

AMB “Mobile Payment Solutions”a məcburi göstərişlər verib

Qafar Ağayev10:25 - Bu gün
AMB “Mobile Payment Solutions”a məcburi göstərişlər verib

Azərbaycan Mərkəzi Bankı “Mobile Payment Solutions” MMC-də keçirdiyi yerində yoxlama zamanı bir sıra qanunvericilik və normativ aktların tələblərinin pozulması hallarını aşkarlayıb.

1news.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün şirkətə icrası məcburi olan göstərişlər verilib.

Təshih tədbirləri “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsasən tətbiq olunub.

Qeyd edək ki, “Mobile Payment Solutions” “Portmanat” brendi altında fəaliyyət göstərir və 2024-cü ilin iyulunda elektron pul təşkilatı lisenziyası alıb.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər