Bakıda 23 yaşlı oğlan qətlə yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 23 yaşlı oğlan qətlə yetirilib

13:13 - 23 / 03 / 2016
Bakıda 23 yaşlı oğlan qətlə yetirilib

Bakının Nərimanov rayonunda qətl törədilib.

1news.az xəbər verir ki, Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun İ.Hidayətzadə küçəsi ev 3-ün qarşısında qeydə alınıb.

Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş, 1979-cu il təvəllüdlü Məmməd Məmmədov münaqişə zəminində tanışı, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Zülfüqar Əzizlini bıçaqlayıb. Nəticədə Z.Əzizli xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törədən M.Məmmədov saxlanılıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

1news.az

Paylaş:
690

Son xəbərlər

Bütün xəbərlər