Kürdəmirdə ağır yol qəzası: Ölən və xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmirdə ağır yol qəzası: Ölən və xəsarət alanlar var

16:48 - 23 / 03 / 2016
Kürdəmirdə ağır yol qəzası: Ölən və xəsarət alanlar var

Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən 1news.az-a verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 164-cü kilometrliyində, Kürdəmirin Sığırlı kəndinin ərazisində qeydə alınıb.

Ağdam rayon sakini Eyvaz Məmmədov idarə etdiyi BMW markalı avtomobili aşırıb.

Nəticədə E.Məmmədovun sərnişinlərindən, arvadı 1964-cü il təvəllüdlü Almas Məmmədova hadisə yerində ölüb. Özü və digər sərnişinləri - oğlu Əsgər və qızı Aytac xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
609

Son xəbərlər

Bütün xəbərlər