BMT-nin Azərbaycandakı ofisinə yeni rəhbər təyin olunub | 1news.az | Xəbərlər
Siyasət

BMT-nin Azərbaycandakı ofisinə yeni rəhbər təyin olunub

17:22 - 23 / 03 / 2016
BMT-nin Azərbaycandakı ofisinə yeni rəhbər təyin olunub

BMT-nin Azərbaycandakı ofisinə yeni rəhbər təyin olunub.

1news.az xəbər verir ki, BMT-nin Bakıdakı ofisindən Report-a verilən məlumata görə, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi vəzifəsinə əfqanıstanlı diplomat Qulam İsaqzai gətirilib.

Diplomatın Azərbaycana gəlişi aprel ayının əvvəllərinə gözlənilir. O bu vəzifədə hollandiyalı Antonius Bruku əvəz edəcək.

1news.az

Paylaş:
978

Son xəbərlər

Bütün xəbərlər