Salyanda yaşayış binası yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyanda yaşayış binası yanıb

11:11 - 23 / 03 / 2016
Salyanda yaşayış binası yanıb

Ötən gecə Salyan şəhərində ikimərtəbəli yaşayış binasında yanğın olub.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, Salyan şəhərində ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 69 kv.m olan 4 otaqlı mənzilin bir otağının və mətbəxinin yanar konstruksiyaları 32 kv.m sahədə yanmışdır.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər bina sakini təxliyyə olunmuşdur.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

1news.az

Paylaş:
527

Son xəbərlər

Bütün xəbərlər