“Qızıl Delviq” Bakıya gedir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qızıl Delviq” Bakıya gedir

16:57 - 24 / 03 / 2016
“Qızıl Delviq” Bakıya gedir

Tanınmış Azərbaycan yazıçısı Kamal Abdullanın “Platon deyəsən xəstələnib” adlı hekayələr toplusu Rusiyanın Delviq adına “Sözə və Vətənə sədaqət” mükafatının - “Qızıl Delviq”in qısa siyahısına salınıb.

1news.az-ın məlumatına görə, K.Abdullanın əsəri ilə yanaşı daha 10 əsər 2012-ci ildə “Literaturnaya qazeta” tərəfindən Rusiya illik milli mükafatı kimi təsis edilən Anton Delviq mükafatına layiq görülüb.

Birinci mükafata üç, ikinci mükafata altı əsər layiq görülür. “Debüt” nominasiyasında dörd əsərə diplomlar təqdim olunur.

Qeyd edək ki, K.Abdullanın 2014-cü ildə Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında çap olunmuş “Platon deyəsən xəstələnib...” kitabı münsiflər heyətinin fikrincə, yüksək səviyyədə qələmə alınmaqla yanaşı, cəmiyyətdə baş verən prosesləri daha yaxşı əks etdirir, eləcə də sözə və ədəbi ənənələrə sadiqliyi nümayiş etdirir.

“Modern nəsr” nominasiyasında laureat olan kitabda yazıçının son illər qələmə aldığı hekayələr toplanıb. Hekayələri rus dilinə Azər Mustafazadə tərcümə edib. Ön sözün müəllifi məşhur rus yazıçısı Yuri Polyakovdur.

Onu da bildirək ki, ilk dəfədir ki, xarixi oxucu auditoriyasına yaxşı tanış olan Azərbaycan müəllifinin əsəri beynəlxalq səviyyədə belə yüksək və nüfuzlu mükafata layiq görülür.

1news.az

 

Paylaş:
751

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər