Bakı - Quba yolunda 6 təkərli “Hummer” yandı – EKSKLÜZİV TƏFƏRRÜATLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı - Quba yolunda 6 təkərli “Hummer” yandı – EKSKLÜZİV TƏFƏRRÜATLAR

17:25 - 24 / 03 / 2016
Bakı - Quba yolunda 6 təkərli “Hummer” yandı – EKSKLÜZİV TƏFƏRRÜATLAR

Bazar günü, martın 20-də Bakı – Quba magistralında, Siyəzən şəhərinin yaxınlığında energetik içkilər istehsal edən “Bizon” şirkətinə məxsus “Hummer” markalı avtomobil yanıb.

Videogörüntülər çoxsaylı şayiə və fərziyyələrin yaranmasına səbəb olduğundan sözügedən şirkətin rəhbərliyi bizimlə əlaqə saxlayaraq hadisənin baş vermə səbəblərinə aydınlıq gətirib.

Hadisənin şahidi olmuş şirkətin əməkdaşlarından biri müxbirimizlə söhbətində sosial şəbəkələrdə yayılan şayiələrin həqiqəti əks etdirmədiyini bildirdi.

“Həmin hadisəyə qədər avtomobil ideal vəziyyətdə idi. Onun işləmə qrafiki bir neçə ay müddətinə saatlar üzrə müəyyən olunmuşdu. Avtomobilin salonunda quraşdırılmış videoregistratorun da qeydə aldığı kimi hər şey anidən baş verdi. Avtomobilin sürücüsü və sərnişini yanğın baş verdiyini o dəqiqə anlamadılar, həyatlarına təhlükənin olduğunu gördükdə isə avtomobili yolun kənarına çəkərək tez onu tərk etdilər. Hadisədən bir qədər öncə avtomobilə bir çən – 120 litr benzin vurlmuşdu, ona görə də hər an partlayış ola bilərdi”- deyə, şirkətin əməkdaşı qeyd edib.

“Bu yaxınlarda avtomobil GM şirkətində texniki baxışdan keçib, bəzi hissələri dəyişdirilib. Əlbəttə ki, bizim üçün önəmli olanı hadisə zamanı əməkdaşlarımızdan və yol hərəkəti iştirakçılarından kiminsə xəsarət almamasıdır. İnsan həyatı istənilən maddi dəyərdən yüksəkdir”- deyə, şirkətin əməkdaşı vurğulayıb.

Yanan avtomobilin salonunda quraşdırılmış videoregistrator tərəfindən qeydı alınmış və hadisə şahidlərinin biri tərəfindən çəkilmiş videogörüntüləri təqdim edirik:

 

1news.az

 

Paylaş:
3251

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər