Azərbaycanla BƏƏ arasında əlaqələrin inkişafı müzakirə olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanla BƏƏ arasında əlaqələrin inkişafı müzakirə olunub

13:19 - 28 / 03 / 2016
Azərbaycanla BƏƏ arasında əlaqələrin inkişafı müzakirə olunub

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov Ras Əl-Xeymə Əmirliyinə işgüzar səfər edib.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən 1news.az-a verilən məlumata görə, səfər çərçivəsində səfir Ras Əl-Xeymə Əmirliyinin əmiri Şeyx Səud bin Saqr Əl Qasimi ilə görüşüb.

Görüşdə səfir D.Şikarov Azərbaycan-Ərəb Əmirlikləri əlaqələrinin inkişafı kontekstində turizm və investisiya sahəsində Ras Əl-Xeymə Əmirliyi ilə qarşılıqlı əməkdaşlıq üçün yaxşı imkanların mövcudluğunu əsas tutaraq, bu əməkdaşlığa Azərbaycanın hazır olduğunu əmirin diqqətinə çatdırıb, Azərbaycanda hər iki sahədə görülən işlər barəsində geniş məlumat verib.

Səfir Azərbaycan rəhbərliyinin siyasi qərarı nəticəsində 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşlarının Azərbaycan vizasını ölkəmizin istənilən hava limanında almaq hüququ əldə etdiyini əmirin diqqətinə çatdıraraq bu qərarın ölkələrimiz arasındakı mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi təkan verəcəyini bildirib.

Səfir D.Şikarov 2015-ci və 2016-cı illərdə müvafiq olaraq, BƏƏ-nin vitse-prezidenti, baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Məhəmməd bin Raşid Əl Maktumun Azərbaycana və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərlərinin baş tutduğunu xatırladaraq, yüksək səviyyəli səfər mübadilələrinin ikitərəfli əlaqələrin və əməkdaşlığın artması nöqteyi-nəzərindən əhəmiyyətini qeyd edib.

Azərbaycan Prezidentinin əməyi sayəsində ölkəmizdə sabitlik və əmin-amanlığın qorunub saxlandığını xüsusilə qeyd edən səfir D.Şikarov, Azərbaycanda gedən iqtisadi inkişaf, xüsusilə, qeyri-neft sektorunun inkişafı, ölkəmizdə iş adamlarına yaradılan şərait barədə ətraflı məlumat verib, Ras Əl-Xeymə Əmirliyinin iş adamlarının ölkəmizə investisiya yatırmağa dəvət edib.

Əmir Şeyx Səud Əl Qasimi, ölkəmizin, xüsusən də son illər ərzində nəzərə çarpan hərtərəfli inkişafı və geniş regional nüfuzu barədə məlumatlı olduğunu bildirərək, Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirdiyini və bu fəaliyyətin ölkədaxili sabitlik və əmin-amanlığın başlıca amili olduğunu qeyd edib.

Azərbaycanla əməkdaşlıq üçün yaxşı potensialın olduğunu təsdiqləyən Ras Əl-Xeymənin əmiri bu potensialı üzə çıxarmağa və turizm, investisiya, kənd təsərrüfatı kimi sferalarda müştərək maraqlara uyğun əməkdaşlığa hazır olduqlarını söyləyib, Azərbaycana mütləq şəkildə səfər edəcəyini vəd edib.

Səfir D.Şikarov qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işgalı faktını və bu işğalın bütünlükdə region üçün təhlükə törətdiyini Şeyx Səud Əl Qasiminin diqqətinə çatdırmaqla yanaşı, münaqişənin həllinə dair son durum barəsində müfəssəl məlumatlar verərək, Ermənistan rəhbərliyinin qeyrikonstruktiv mövqeyinin siyasi nizamlanmanın qarşısında yeganə maneə olduğunu bildirib.

Səfir, BƏƏ-nin Azərbaycanın haqq işinə davamlı dəstəyinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini xüsusi qeyd edərək Birləşmiş Ərəbəmirliyinin rəhbərliyinə və xalqına dərin təşəkkürünü ifadə edib.

Türkiyyə Respublikasının, Pakistan İslam Respublikasının, Səudiyyə Ərəbistanı Krallığının işğalçı Ermənistanla diplomatik əlaqələr qurmadığını xatırladan səfir işğal zamanı erməni silahlı qüvvələri, habelə hazırda Ermənistanda yüksək postlar tutan o vaxtkı səhra komandirləri tərəfindən törədilən qətliamların, ələlxüsus da Xocalı soyqırımının üzərində dayanaraq, erməni cəlladlarının əsasən də qadın, uşaq və qocalardan ibarət mülki xocalılara divan tutduqlarını qabardıb, Zori Balayanın azyaşlı qızın üzərində qeyri-insani eksperimentinə toxunub.

Səfir həmçinin, Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasından geniş bəhs edib, soyqırımı rəsmən tanıyan ölkələr və ABŞ-ın ştatları sadalanıb və bu coğrafiyanın gələcəkdə daha da genişlənəcəyinə əmin olduğunu bildirib.

Səfir ümumiyyətlə, ermənilərin XIX əsr ərzində məhz müsəlman olduqları səbəbindən azərbaycanılara qarşı kütləvi qırğınlar törətdiklərini yada salaraq, bu soyqırımların sistematik xarakter daşıdığını və bunun da ermənilərin bizə qarşı genetik dözümsüzlüyündən qaynaqlandığına diqqət çəkib.

Sonra Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi barədə Şeyx Səud Əl Qasiminin sualına cavab olaraq, səfir D.Şikarov ölkəmizin humanizm nümayiş etdirərək problemin danışıqlar və sülh yolu ilə həllinə tərəfdar olduğunu nəzərə çatdırıb.

Görüşün ardınca səfərin proqramına uyğun olaraq, Ras Əl-Xeymə Azad Ticarət Zonasında (RAK FTZ) yerləşən Əmirliyin Turizm və İnvestisiya Qurumlarında hər iki sektor üzrə mövcud imkanlar və perspektivlərə dair müvafiq təqdimatlar təşkil edilib, təqdimatlardan sonra Azad Ticarət Zonasının sədri Şeyx Əhməd bin Səud Əl Qasimi ilə görüş keçirilib, görüşdə birgə əməkdaşlığın mümkün yolları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfərlə bağlı məlumatlar BƏƏ-nin “Al Khaleej”, “Al Bayan”, “Al Wast” rəsmi qəzetlərində və BƏƏ-nin İnformasiya Agentliyinin (WAM) internet səhifəsində dərc edilib, həmçinin, BƏƏ-nin “Şərca 24” televiziya kanalında nümayiş olunub.

1news.az

Paylaş:
824

Son xəbərlər

“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56
Bütün xəbərlər