Qəbələdə “Multikulturalizm və Azərbaycan” mövzusunda sərgi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə “Multikulturalizm və Azərbaycan” mövzusunda sərgi açılıb

00:01 - 29 / 03 / 2016
Qəbələdə “Multikulturalizm və Azərbaycan” mövzusunda sərgi açılıb

Qəbələ rayon Mərkəzi Kitabxanasında “Multikulturalizm və Azərbaycan” mövzusunda sərgi təşkil edilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, sərgidə çıxış edənlər Azərbaycanda yaşayan azsaylı xalqlara, eləcə də İslam və digər dinlərə etiqad edənlərə yaradılan şəraitdən danışıblar. Bildirilib ki, multikulturalizm bir çox fərqli mədəniyyətlərin birgə yaşaması, ayrı-ayrı insanların bir-birinin mədəniyyətinə və dünyagörüşünə hörmətlə yanaşmasıdır. Azərbaycan bu məsələdə hər zaman nümunəvi ölkə olub.

Xalqımız qədimdən bəri cəmiyyətdə harmoniyaya şərait yaradıb. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi bütövlükdə xalqımızın tarixi mədəniyyətinin bir daha parlaq şəkildə göstərilməsidir.

Sonra sərgiyə baxış keçirilib. Sərgidə Qəbələ rayonunda yaşayan azsaylı xalqların mədəniyyəti, adət-ənənələri, yaşam tərzi, mətbəxi haqqında fotoşəkillər, kitablar, jurnallar, məlumat kitabçaları nümayiş olunur. İştirakçılara məlumat verilib ki, Qəbələdə yaşayan azsaylı xalqlar arasında udinlər və ləzgilər üstünlük təşkil edirlər.

Nic qəsəbəsində yaşayan udinlər qədim Qafqaz Alban dövlətinin ərazisində mövcud olan 26 azsaylı xalqdan biridir. Udinlərin qədim “Cotari” alban kilsəsi 2003-cü ildə dövlət tərəfindən qeydiyyata alınaraq əsaslı təmir olunub. Tolerantlığın kiçik modeli hesab olunan Nic qəsəbəsində iki məscid fəaliyyət göstərir. Ləzgilər isə əsasən rayonun Qəmərvan, Laza, Əmirvan, Yeni kənd kəndlərində yaşayırlar.

Qeyd edək ki, ilin sonunadək davam edəcək sərgi məktəblilərin, müəllimlərin, gənclərin marağına səbəb olub.

1news.az
 

Paylaş:
757

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər