Bakıda 3 yaşlı uşağı maşın vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 3 yaşlı uşağı maşın vurub

10:24 - 28 / 03 / 2016
Bakıda 3 yaşlı uşağı maşın vurub

Bakıda azyaşlı uşağın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

1news.az-ın Yasamal rayon Polis İdarəsinə istinadən verdiyi xəbərə görə, hadisə İnşaatçılar prospektində qeydə alınıb. Bakı şəhər sakini İsmayıl Əsgərov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Yusif Qasımovu vurub.

 

Nəticədə ağır xəsarət alan Y.Qasımov xəstəxanaya aparılarkən yolda ölüb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 

1news.az

Paylaş:
431

Son xəbərlər

Bütün xəbərlər