Səmra Rəhimli uşaqlıqda necə idi? - FOTO - VİDEO
Azərbaycanı “Avroviziya -2016” mahnı müsabiqəsində bu il təmsil edən Səmra Rəhimli İnstagram sosial şəbəkəsində öz uşaqlıq fotolarını paylaşıb.
Fotolarlarda müğənnin 4 yaşından 7-yaşına kimi görüntüləri nümayiş etdirib. Şəkilaltında Səmra “Məncə, o qədər də dəyişməmişəm” -qeydini paylaşıb.
Öz pərəstişkarlarına müracət edən Səmra Rəhimli müsabiqəyə hazırlıq prosesi və yarış zamanı onu tək qoymamağa, Facebook, İnstagram, Twitter sosial şəbəklərində rəsmi səhifəsində qeydiyyatdan keçməyə çağırıb.
Qeyd edək ki, Səmra Rəhimli mayın 10-da “Avroviziya -2016”-nın birinci yarımfinalında «Miracle» kompozisiyasi ilə çixiş edəcək. Bu musiqi parçası isveçli müəllif komandası tərəfindən hazırlanıb.
“Miracle” güclü və mətin bir qıza həsr olunmuş himndir. Ümid edirəm ki, o, öz sevgisini itirən, lakin buna baxmayaraq doğru qərar verən və irəli addımaya bilən insanları ilhamlandıracaq. Qoy bu musiqi mənim üçün də əsil möcüzə olsun”,- S.Rəhimli bildirib.
1news.az