Məcburi köçkünlərin 184 min manatını mənimsəyən həkimə qarşı cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məcburi köçkünlərin 184 min manatını mənimsəyən həkimə qarşı cinayət işi açılıb

13:08 - 29 / 03 / 2016
Məcburi köçkünlərin 184 min manatını mənimsəyən həkimə qarşı cinayət işi açılıb

Vətəndaşları aldadan səhiyyə işçisinin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Cəbrayıl rayon məkəzi xəstəxanasının 1 saylı sahə xəstəxanasının  həkim-pediatrı Eldar Məmmədovun qanunsuz əməlləri barədə Cəbrayıl rayon prokurorluğundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı E.Məmmədovun Biləsuvar rayonu ərazisində məskunlaşmış 130 nəfər Cəbrayıl rayon sakininə, o cümlədən 81 nəfər 16 yaşına çatmamış şəxsə əlillik dərəcəsi verilməsi adı ilə həmin şəxləri aldadaraq onlardan və ailə üzvlərindən ümumilikdə 184 min manat məbləğində pulu dələduzluq yolu ilə almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə vətəndaşların pozulmuş hüquqlarının bərpası və təqsirkar şəxs və ya şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
493

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər