Keçmiş məhkum 63 quşa görə tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçmiş məhkum 63 quşa görə tutuldu

14:43 - 29 / 03 / 2016
Keçmiş məhkum 63 quşa görə tutuldu

Polis oğurluq edən keçmiş məhbusu saxlayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də E.Adıgözəlova, Ş.İbayevə, X.Mirzəyevaya və F.Paşayevaya və D.Abdullayevə məxsus həyətyanı sahələrdən 63 ev quşu oğurlamış Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Eldəniz Əzizov tutulub.

1news.az

Paylaş:
533

Son xəbərlər

Bütün xəbərlər