Zövqlü səyahət | 1news.az | Xəbərlər
Cəmiyyət

Zövqlü səyahət

15:03 - 29 / 03 / 2016
Zövqlü səyahət

Tezliklə gözəl və qeyri-adi səyahət həvəskarları “Fairmont Baku” otelinin “Səyahət sənəti” layihəsi çərçivəsində onlayn rejimdə maraqlı səyahət etmək imkanı əldə edəcəklər.

Bu layihədə ilk dəfə olaraq YARAT təşkilatı “Friends of YARAT” platforması çərçivəsində özünün eksklüziv İncəsənətlə Səyahət (Art Travel) proqramını təqdim edəcək. Layihə iştirakçıları Azərbaycan Hava Yollarının birbaşa reysi ilə dünyanın ən gözəl şəhərlərindən biri sayılan Parisə səyahət edəcək və səyahət boyunca öz unikal tarixi və arxitekturası ilə seçilən binada yerləşən “Raffles Paris Royal Le Monceau” lüks otelində qalacaqlar.

Layihənin unikallığı ondan ibarətdir ki, indiyədək bu tip səyahətlərin heç birində standart turistik proqrama daxil olmayan xüsusi hazırlanmış müasir incəsənət proqramı nəzərdə tutulub. Layihənin konsepsiyası da çox maraqlıdır – adi press-turlardan fərqli olaraq, bu layihədə hər bir iştirakçı bir mövzu seçəcək və səyahət zamanı bu mövzudan bəhs edəcəkdir. Otelin qonaqları və əməkdaşları, fotokameranın obyektivindən səyahət, yeməklər, otelin arxitekturası və interyeri ilə yanaşı, eyni zamanda incəsənət proqramı çərçivəsində xüsusi bələdçiliklə muzeylərə, qalereyalara səfər edəcək, rəssamlarla olan görüşlərdə müasir incəsənət barəsində ətraflı müzakirələrə qoşula biləcəklər.

Layihənin iştirakçıları ölkənin qabaqcıl KİV nümayəndələri və tanınmış bloggerlər olacaq. Səyahət iştirakçılarının paylaşdıqları bütün postlar və yenilənmələr ölkənin aparıcı xəbər portallarında yayımlanacaq.

“Fairmont Baku” haqqında qısa arayış

Azərbaycanın gözəl paytaxtı Bakı şəhərinin ən yüksək nöqtələrinin birində müasir dövrün qeyri-adi və heyranedici tikinti komplekslərindən biri məskunlaşır. “Alov qüllələri” kimi tanınmış bu kompleksin alov forması və mahiyyətinə uyğun işlənmiş üç qülləsi bu tarixi Odlar yurdununçox gözəl bir rəmzini, simvolunu təşkil edir.

“Fairmont Baku” oteli HOK International şirkətinin layihələndirdiyi bu multifunksional kompleksin ən şimal qülləsində yerləşərək, 318 otaq, lüks otaqlar və yaşayış mənzillərini, ümumi sahəsi 2300 kvadratmetrdən artıq olan konfrans zallarını, ESPA mərkəzini və bir neçə restoran, bar və kafeləri, o cümlədən əsl İtalyan bistro-sunu və steyk-hausu təklif edir. Azərbaycanda ən hündür bina olmaqla bərabər, “Alov qüllələri” kompleksi çox gözəl bir sahədə yerləşməklə yanaşı, Azərbaycan Milli Məclisinin binasına və Bakını İçəri Şəhərinin yaxınlığında, Xəzər dənizinə açılan mükəmməl bir panoramaya malikdir.

Fairmont Hotel & Resorts qrupu haqqında qısa arayış

“Fairmont Hotels & Resorts” qrupuna Şanxaydakı “Fairmont Peace” Hotel, Nyu-Yorkdakı “The Plaza” oteli, və Səudiyyə Ərəbistanı Krallığındakı “Makkah Clock Royal Tower” kimi otellər daxil olmaqla, dünyanın müxtəlif yerlərindən olan 60-dan çox təmtaraqlı məkan daxildir. Brendin özünəməxsusluğu ilə seçilən otellər, irsi ənənələrlə müasirlik, mehriban, xoşniyyətli xidmət və yerləşdikləri ölkənin mədəniyyətinə qovuşmaq imkanlarının bir arada cəmləşməsi ilə səciyyələnir. Hətta ictimai və ətraf mühitin qorunması fəaliyyətində aparıcı mövqe tutmaqla yanaşı, Fairmont həmçinin turizmə məsul yanaşmasına və müxtəlif mükafatlara layiq görülmüş “Yaşıl əməkdaşlıq” proqramına görə ümümdünya şöhrətini qazanıb.

Fairmont şirkəti, Fairmont, Raffles və Swissotel brendləri altında 100-dən çox oteli olan dünyanın aparıcı otel şirkətlərindən biri olan FRHI Holdings Limited şirkətinə məxsusdur. Bu şirkət həmçinin Fairmont, Raffles və Swissotel brendləri altında təmtəraqlı özəl yaşayış klublarını, tam mülkiyyət yaşayış evlərini və xidmət olunan yaşayış obyektlərini idarə edir.

YARAT haqqında

2011-ci ildə Aida Mahmudova tərəfindən təsis olunan YARAT qeyri-kommersiya təşkilatı Azərbaycanda müasir incəsənətin inkişafı və onun ictimaiyyət tərəfindən dərk olunması sahəsində fəaliyyət göstərir, habelə ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin təbliğ olunması ilə məşğuldur.

YARAT  Mərkəzi, “Friends of YARAT” platforması, ARTIM Layihə Məkanı, YARAT Studios və YAY Qalereyası YARAT Müasir İncəsənət Məkanın tərkib hissəsidir.

Bakıda yerləşən və adı “yaratmaq” sözündən əmələ gələn YARAT təşkilatının əsas fəaliyyətlərini sərgi proqramları, təhsil tədbirləri və festivallar təşkil edir. YARAT yerli və beynəlxalq incəsənət şəbəkələri, o cümlədən, müxtəlif fondlar, sərgi salonları və muzeylər arasında dialoqun qurulması və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində çalışır. YARAT-ın həyata keçirdiyi təhsil proqramları silsiləsi qlobal səviyyədə mədəniyyətlərarası dialoqun və əməkdaşlığın yaranması üçün imkan yaradır.

2015-ci ilin mart ayında YARAT Müasir İncəsənət Mərkəzi də açılıb. Bu mərkəz YARAT-ın ilk daimi sərgiləmə məkanıdır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni mərkəz (sahəsi 2000 m2) müasir incəsənətə və incəsənətin tədrisinə xidmət edən regional miqyaslı bir qovşaqdır.

“Friends of  YARAT” haqqında

“Friends of YARAT” Azərbaycanda şirkətlər və individuallar üçün Müasir İncəsənət İcmasının üzvü olmaq və Azərbaycanda ən öndə olan müasir incəsənət şəbəkəsinin bir hissəsi olmaq üçün unikal bir platformadır. Üzvlərimizin üstünlükləri həm də bizim onlar üçün yaratdığımız geniş imkanlardır. Bu üstünlüklərə il boyu sərgilərə dəvətnamələr, qalereyalara səfərlər, xüsusi hazırlanmış qapalı tədbirlər  və xüsusilə üzvlərimiz üçün təşkil edəcəyimiz “Art Travel” proqramı daxildir. 

“Friends of YARAT”- şəbəkəsinin üzvü olmaqla, hər kəs müasir incəsənətin əhatə dairəsini genişləndirmək, Azərbaycanda bu sahəyə dəstək olmaq və müasir incəsənətimizi dünya miqyasında duyurmaq deməkdir.

Paylaş:
958

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər