Azərbaycanda cinayət törədən 62 nəfər tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda cinayət törədən 62 nəfər tutulub

17:23 - 29 / 03 / 2016
Azərbaycanda cinayət törədən 62 nəfər tutulub

Respublikanın daxili işlər orqanları tərəfindən martın 28-də 99 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, onların da 31-i “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 38 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 62 nəfər tutulub.

1news.az

Paylaş:
448

Son xəbərlər

Bütün xəbərlər