Şabranda “Radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda konfrans keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabranda “Radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda konfrans keçirilib - FOTO

20:41 - 29 / 03 / 2016
Şabranda “Radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda konfrans keçirilib - FOTO

Martın 29-da Şabran rayonu Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda konfrans keçirilib.

1news.az-ın komitənin mətbuat xidmətindən verilən xəbərə görə, konfransda DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Maliyyə-təsərrüfat şöbəsinin müdiri Oqtay Hüseynov, Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai – siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Fikrət Nuşiyev, dini icma sədrləri, ziyalılar, ağsaqqallar, dindarlar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şabran RİH başçısının müavini, İctimai – siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Fikrət Nuşiyev bildirib ki, dini sahədə DQİDK-nın həyata keçirdiyi maarifləndirmə tədbirləri öz müsbət təsirini göstərməkdədir. Dövlət başçısı cənab İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamı ilə ölkədə fəaliyyət göstərən dini icmalara maliyyə yardımının ayrılması və bu yardımdan Şabran rayonunda fəaliyyət göstərən icmaların da bəhrələnməsi nəticəsində yüzlərlə dindar dini biliklər əldə edib və ənənəvi İslam dinini mənimsəyiblər.

DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov geniş məruzə ilə çıxış edərək bildirib ki, bölgələrdə fəaliyyət göstərən dini icmaların radikalizmlə mübarizədə əvəzolunmaz dərəcədə rolu var.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov da tədbirdə çıxış edərək əsas diqqəti maarifləndirməyə yönəldib. O, bildirib ki, biz maarifləndirmə yolu ilə radikalizmi təbliğ edən ideoloqlara qarşı tutarlı cavab verə bilirik. Bu sahədə dini icmaların və din xadimlərinin köməyindən və biliyindən maksimum yararlanırıq. Ruslan Əsgərov dini icmalar və din xadimlərini ictimai həyatda fəal olmağa, dinə meyilli təbəqə ilə iş aparmağa çağırıb.

Daha sonra DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev Şabran rayonunda radikalizmlə mübarizədə dini icmalarla aparılan qarşılıqlı əməkdaşlıqdan danışıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

1news.az

Paylaş:
790

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər