Whatsapp-dan növbəti yenilik | 1news.az | Xəbərlər
İqtisadiyyat

Whatsapp-dan növbəti yenilik

09:58 - 29 / 03 / 2016
Whatsapp-dan növbəti yenilik

Whatsapp daha bir xidməti istifadəçilərin ixtiyarına verib.

1news.az-ın Baku.ws-ə istinadla verdiyi xəbərə görə, Whatsapp Beta versiyası istifadəyə verilib.

Hələlik sadəcə Android istifadəçiləri Whatsapp Beta-nın imkanlarından yararlana biləcəklər.

WhatsApp-ın son yenilənməsi göndərilən videoları şəkil kimi yaxınlaşdırmaq imkanı verir. Eyni zamanda göndərilən videolar yeni bir pəncərədə açılır. Yəni, ismarışları oxuyarkən, kənarda videoya da baxmaq mümkün olacaq.

Eyni zamanda, WhatsApp videoları kəsmək və qısaltmaq kimi özəllikləri də artıq dəstəkləyir. Bundan əlavə,artıqPDF versiyada olan kitabları bir-birinizə göndərə biləcəksiniz.

1news.az

Paylaş:
829

Son xəbərlər

Bütün xəbərlər