Cenifer Lopes həmyerlimizin butikində 2.5 milyon xərclədi –FOTO-VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Cenifer Lopes həmyerlimizin butikində 2.5 milyon xərclədi –FOTO-VİDEO

10:15 - 29 / 03 / 2016
Cenifer Lopes həmyerlimizin butikində 2.5 milyon xərclədi –FOTO-VİDEO

Bu günlərdə milyarder Mixail Qutserievin oğlunun toyunda çıxış etmək üçün Moskva gələn 46 yaşlı amerikalı müğənni və aktrisa Cenifer Lopes Rusiyanın paytaxtında alış-veriş etməyi də unutmayıb.

Qorumaların ətrafından Moskvanın ən tanınmış alışveriş mərkəzinə gələn Cey Lo bir neçə tanınmış butikdən alış- veriş edib.

1news.az Lifenews.ru-ya istinadən xəbər verir ki, həmyerlimiz Aysel Trudelin (Hüseynova) AIZEL butikində müxtəlif markalar olan geyim əşyaları “Nina Rici”dən palto, “Michael Korsdan” kəşmir poliver və şalvar alıb bununla yanaşı Marc Jacobs, Veronique Branquinho, Emm Kuo, Anthony Vaccarello kimi tanınmış brendlərə aid geyimlər alıb.

Bütün dünya modasevərləri tərəfindən sevilən Christian Louboutin markasına mağazadan isə 6 cüt ayaqqabı, 2 çanta  alıb. Ulduz müğənni Charlotte Olympia butikindən aldığı 5 cüt ayaqqabı və 8 çanta ilə alış-verişini sonlandrıb.

Moskvadakı mağazalarında müğənninin 2.5 milyon rubla yaxın xərci çıxıb.

Xatırladaq ki, Aysel Trudel (Hüseynova) Moskvada  elit butiklərin sahibi, Christian Louboutin, Agent Provocateur, Diane von Furstenberg və digər  tanınmış moda brendlərinin Rusiyadakı təmsilçisidir.

Xatırladaq ki, 2012-ci ildə də  Moskvaya gəldiyi zaman Cey Lo qarderobunu Aysel Trudelin (Hüseynova) AIZEL butikində yeniləyib. Aysel dünya şöhrətli superstarın moda eksperti kimi çıxış edib.

Foto: Dailymail.co.uk, Lifenews.ru, Instagram

Paylaş:
1794

Son xəbərlər

Bütün xəbərlər