DSX: "Dörd generalın sərəncama göndərilməsi barədə yayılan xəbərlər tamamilə yalandır" | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX: "Dörd generalın sərəncama göndərilməsi barədə yayılan xəbərlər tamamilə yalandır"

22:25 - 29 / 03 / 2016
DSX: "Dörd generalın sərəncama göndərilməsi barədə yayılan xəbərlər tamamilə yalandır"

Azərbaycan Dövlət Sərhəd Xidməti qurumda yoxlamalar aparılması və dörd generalın sərəncama göndərilməsi barədə bəzi KİV-də yayılan xəbərə münasibət bildirib.

1news.az-a DSX-nın mətbuat xidmətindən verilən məlumata görə, onlarda heç bir yoxlama həyata keçirilmir və generalların sərəncama göndərilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır.

Qeyd edək ki, bəzi KİV-də DSX-da yoxlamaların aparılması və dörd generalın sərəncama göndərilməsi barədə xəbərlər yayılıb.

1news.az

Paylaş:
762

Son xəbərlər

Bütün xəbərlər