Nyu-Yorkda Türk Filmləri Festivalına start verildi
Martın 31-dən aprelin 3-dək ABŞ-ın Nyu-York şəhərində Amerika Türk Cəmiyyətinin təşkilatçılığı ilə 15-ci Nyu-York Rük Filmləri Festivalının açılışı olacaq.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, festivalın bu ilki proqramına 7 tammetrajlı film və bir sənədli film daxil edilib.
Festivalın açılışı martın 31-də məşhur türk rejissoru Çağan İrmaqın "Nadidə Həyat" filminin nümayişi ilə başlanacaq. Türk Filmləri Festivalı çərçivəsində Türkiyənin 2016-cı ildə "Oskar" mükafatına namizəd görülən filmi - "Sivas" bədii filminin Nyu-York premyerası da baş tutacaq. Həmçinin, festivalda Fransanın 2016-cı ildə "Oskar"a namizəd görülən "Mustanq" filminin nümayişi gerçəkləşəcək. Festivalın gündəliyinə 52-ci Uluslararası Antalya Film Festivalında 4 nominasiyada Altın Portağal mükafatını qazanan "Sarmaşıq", "Kar Korsanları", "Limonata" və "Motor" filmlərinin nümayişi də daxil edilib.
Türkiyənin tanınmış aktyor və rejissorlarının iştirak edəcəyi film festivalında nümayişdən əvvəl sual-cavab gecələri keçiriləcək, aktyorlarla görüşlər olacaq.
1news.az