Lerik sakini ov tüfəngi ilə özünü güllələdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Lerik sakini ov tüfəngi ilə özünü güllələdi

13:13 - 30 / 03 / 2016
Lerik sakini ov tüfəngi ilə özünü güllələdi

Lerik rayonunda bədbəxt hadisə baş verib.

1news.az-ın Daxili İşlər nazirliyinə istinadən verdiyi xəbərə görə, martın 29-da Lerik rayonunun Livodirqə kəndində yaşayan Elcan Zahidov evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.

Lerik Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müfaviq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər