Parlamentdə Torpaq Məcəlləsinə edilən dəyişikliklə bağlı müzakirələr aparılıb
Martın 30-da Milli Məclisin Aqrar siyasət komitəsində deputatlar Torpaq Məcəlləsinə edilən dəyişikliyin tətbiqi ilə bağlı müzakirələr aparıb.
1news.az-ın verdiyi xəbərə görə, iclasda ilk olaraq komitə sədri Eldar İbrahimov çıxış edib.
O, qeyd edibTorpaq Məcəlləsinə dəyişiklik edilməsilə bağlı irəli sürülən təkliflərdə bildirilib ki, tələbləri pozan şəxs Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyətə cəlb olunsunlar.
İclasda çıxış edən digər millər vəkilləri edilən dəyişiklikləri dəstəkləyiblər. Müzakirələrdən sonra qanun layihəsi Parlamentin plenar iclasında baxılması üçün tövsiyə olunub.
Beləliklə, aşağıda sadalanan fəaliyyətləri törədən şəxslər həm Cinayət, həm də Mülki və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq qanun pozuntusuna görə məsuliyyətə cəlb olunacaqlar: hazırki məcələnin 109-cu maddəsində göstərilən əqdlərin bağlanılması; torpaq sahələrinin özbaşına tutulması; torpaq sahələrində qanunsuz tikinti aparılması; torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi; torpaqların zibilləndirilməsi, istehsalat və məişət tullantıları ilə, kimyəvi və radioaktiv maddələrlə, habelə çirkab suları ilə çirkləndirilməsi, bakterial-parazitik və zərərli karantin orqanizmlərlə yoluxdurulması; torpaqları yaxşılaşdırmaq və onları külək, su eroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlərin görülməməsi; torpaqların (o cümlədən meşə torpaqlarının) münbit qatının korlanması.
Həmçinin torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsi, tikilməsi və istismara verilməsi;müvəqqəti istifadəyə və icarəyə verilən torpaqların vaxtında qaytarılmaması və ya onları təyinatı üzrə istifadə etmək üçün yararlı hala salmaq barədəki öhdəliklərin yerinə yetirilməməsi, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin qanunsuz hasara alınması yolu ilə və ya digər üsullarla bağlanılması və ya dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılması; mülkiyyətdə və istifadədə olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsi; torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi, kəmiyyət və keyfiyyətinə dair məlumatların təhrif edilməsi; torpaq sahələrində meteoroloji şəbəkələrin və ölçü vasitələrinin geodeziya-istinad məntəqələrinin və yerüstü nişanların, habelə meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılması.
1news.az