Milli Məclisdə Azərbaycanda ekstremal, sağlamlıq və məktəb turizminin inkişaf etdirilməsi təklif olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisdə Azərbaycanda ekstremal, sağlamlıq və məktəb turizminin inkişaf etdirilməsi təklif olunub

17:02 - 30 / 03 / 2016
Milli Məclisdə Azərbaycanda ekstremal, sağlamlıq və məktəb turizminin inkişaf etdirilməsi təklif olunub

Martın 30-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasın zamanı deputatlar “Turizm haqqında” qanun layihəsini müzakirə ediblər.

1news.az-ın verdiyi xəbərə görə, iclasda çıxış edən komitə sədri Hadi Rəcəbli qeyd edib ki, turizm sahəsinin inkişafı çox əhəmiyyətlidir, bu da yeni iş yerlərinin açılmasına gətirib çıxara bilər.

H.Rəcəblinin sözlərinə görə, “Turizm haqqında” qanunAzərbaycanda 1999-cu ildə qəbul edilib və buna görə də indi onu dəyişməyin vaxtı çatıb.

“Qanun layihəsinin hazırlanmasında İşçi Qrupunun bu sahədə çoxlu miqdarda materiallar toplaması böyük rol oynayıb. Qanun layihəsinin hazırlanması zamanı xarici ölkələrin təcrübəsindən də istifadə olunub”, - deyə o, bildirib.

H.Rəcəbli qeyd edib ki, “Turizm haqqında” qanun 87 bənddən ibarətdir.

Komitə sədr həmçinin bildirib ki, Azrəbaycanda turzimin inkişafı üçün böyük potensial var:

“Respublikada 223 turist muzeyi, 6300 tarixi abidə və 27 qoruq var”.

Deputat eyni zamanda, ekstremal, sağlamlıq və məktəb turizminin inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb.

Qeyd edək ki, “Turizm haqqında” qanunAzərbaycan Respublikasının vahid turizm bazarının hüquqi əsaslarla yönəlmiş dövlət siyasətinin prinsiplərini təyin edir. Həmçinin Azərbaycan, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin istirahət, fəaliyyət azadlığı və səyahət zamanı ortaya çıxan çətinliklərini tənzimləyir. Bundan əlavə, “Turizm haqqında” qanun turist ehtiyatlarının səmərəli şəkildə istifadə etməyə də imkan verir.

1news.az

Paylaş:
515

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər