“Kapital Bank” filiallarının əməliyyat sistemi yenilənir
“Kapital Bank” müştərilərə yüksək və operativ xidmət göstərmək məqsədilə filiallarda yeni əməliyyat sisteminin tətbiqinə start verib.
Bankdan 1news.az-a verilən məlumata görə, sözügedən əməliyyat sistemi müştərilərə göstərilən xidmət müddətini minimuma endirmək və digər bank əməliyyatlarının daha sürətli həyata keçirilməsinə xidmət edəcək.
Bununla əlaqədar 1 həftə ərzində Bankın filiallarının fəaliyyətində fasilələr istisna olunmur. Sistemin yeniləmə işləri başa çatdıqdan sonra Bank əvvəlki iş rejimində fəaliyyətini davam etdirəcək.
Müştərilərin yaranmış vəziyyəti anlayışla qarşılamaları və kredit ödənişlərini ödəniş terminalları və ya bankın internet səhifəsi vasitəsilə həyata keçirmələri xahiş olunur.
Xatırlatmaq istərdik ki, son iki il ərzində Bank müştərilərə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə bir çox tədbirlər həyata keçirib. Buna misal kimi filialların yenilənməsini, növbəlilik sistemlərinin qurulmasını, ödəniş terminalları və ATM saylarının artırılmasını, 7/24 xidmət məntəqələrinin fəaliyyətə başlamasını göstərmək olar.
1news.az