Azərbaycanda Konfutsi İnstitutu açılacaq -FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda Konfutsi İnstitutu açılacaq -FOTO

21:02 - 30 / 03 / 2016
Azərbaycanda Konfutsi İnstitutu açılacaq -FOTO

Çinin “Ququn” muzeyinin direktoru Şan Di Syanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Bakıda səfərdə olan Çinin “Ququn” (“Qadağan şəhər”) muzeyinin direktoru Şan Di Syanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Dillər Universitetində (ADU) görüş keçirilib.

1news.az "Report"a istinadən xəbər verir ki, Universitetdən verilən məlumata görə, görüşdə ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov bu ali təhsil müəssisəsinin tarixi və beynəlxalq əlaqələri haqqında məlumat verib. O, burada 22 dilin tədris olunduğunu, 17 dil və mədəniyyət mərkəzinin, o cümlədən Çin dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Professor D.Yunusov, eyni zamanda, Azərbaycanda nəşr olunan ilk milli Çin dili dərsliyinin məhz ADU-da Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlandığını, bu ali məktəbdə Konfutsi İnstitutunun açılacağını söyləyib. ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisasında təhsil alan 10 tələbənin hazırda Çinin Şenyan Pedaqoji Universitetində təhsilini davam etdirdiyi bildirilib.

Şan Di Syan rəhbərlik etdiyi muzey haqqında geniş məlumat verib. Qonaq görüşdən sonra ADU-nun tələbələri qarşısında məruzə ilə çıxış edəcəyini bildirib və bu şəraiti yaratdıqlarına görə universitet rəhbərliyinə minnətdarlığını çatdırıb.

Görüşdə, həmçinin əməkdaşlığın perspektivləri, əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb. Təhsil sahəsində əməkdaşlığın Azərbaycan-Çin münasibətlərinin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanan ilk milli Çin dili dərsliyi, eyni zamanda, ADU-nun sabiq rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə hazırlanmış, Çin və Azərbaycan dillərində nəşr olunan “İlham Əliyev – iki qədim xalqın dostluğunun davamçısı” kitabı qonaqlara təqdim edilib.

Sonra qonaqlar universitetin Çin dili və mədəniyyəti mərkəzi ilə tanış olub, müəllim və tələbələrlə görüşüblər.

1news.az

 

Paylaş:
571

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər