Kəmaləddin Heydərov Misirin Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı ilə görüşüb-FOTO
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov martın 30-da ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı general-mayor Əhməd İbrahim Məhəmməd İbrahiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
1news.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov bildirib ki, dost Azərbaycan və Misir arasında əlaqələr günü-gündən möhkəmlənir. O, əlavə etmişdir ki, bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də ölkələrimiz arasında uğurlu əməkdaşlıq mövcuddur.
Səmimi görüşə görə təşəkkürünü bildirən general-mayor Əhməd İbrahim Məhəmməd İbrahimi ölkəmizdə gördüyü yüksək qonaqpərvərlikdən bəhs edərək vurğulalayıb ki, Misirin müvafiq qurumları ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığın geniş perspektivləri vardır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, həmçinin, Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar.