Dövlət Sərhəd Xidməti bəyanat yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Sərhəd Xidməti bəyanat yaydı

10:13 - 30 / 03 / 2016
Dövlət Sərhəd Xidməti bəyanat yaydı

Dövlət Sərhəd Xidməti bəzi KİV-lərdə gedən xəbərlə bağlı bəyanat yayıb.

1news.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, 29 mart 2016-cı il tarixdə aznews.az xəbər saytına istinadla bəzi elektron informasiya vasitələrində Dövlət Sərhəd Xidmətində aparıl­mış yoxlamalar nəticəsində ciddi qanun­suzluqların aşkar edilməsi və bu səbəbdən bir neçə yüksək vəzifəli əməkdaşın cəzalandırılması barədə yayılmış məlumatların heç bir əsası yoxdur və qərəzli xarakter daşıyır.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi həmin informasiya vasitələrinin söz azadlığından sui-istifadə edərək yalan məlumatlar yaymasını qətiyyətlə pisləyir və belə əməl­lərdən çəkinməyə çağırır.

1news.az

Paylaş:
706

Son xəbərlər

Bütün xəbərlər