ADB manata inamın artacağını proqnozlaşdırır | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADB manata inamın artacağını proqnozlaşdırır

11:52 - 30 / 03 / 2016
ADB manata inamın artacağını proqnozlaşdırır

Azərbaycanın enerji daşıyıcılarından asılılığı davam etdikcə aşağı düşən neft qiymətlərinin yaratdığı təsir Azərbaycanın həssaslığını daha da artırır.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Asiya İnkişaf Bankının (ADB) hesabatında qeyd edilib.

Bankın analitikləri hesab edir ki, neft qiymətlərinin hələ bir müddət də aşağı olacağı proqnozlaşdırılır. Belə olduğu təqdirdə, Azərbaycanda davamlı inkişaf yalnız iqtisadi diversifikasiya sayəsində mümkün ola bilər:

“Diversifikasiya daha sabit iqtisadi sektordan kreditə çıxış tələb edəcək. Ümumilikdə, neft sektoru xaricində daha yüksək inkişafa töhfə vermək üçün kiçik və orta müəssisələr maliyyələşdirilməlidir. Kreditlərin həcminin artması daha çox likvid, səmərəli və güclü maliyyə institutlarının və maliyyə bazarlarının olmasını tələb edir ki, onlar da öz növbəsində daha böyük həcmli kreditlərin, daxili maliyyələşmə mənbələrinin öhdəsindən gələ, bank sektoru və digər maliyyə xidmətlərinin istifadəçiləri üçün maliyyə resurslarına (kreditlərə) çıxış problemini həll edə bilər”.

Hesabatda qeyd olunur ki, dollarizasiya prosesi milli valyutanın likvidliyini əhəmiyyətli dərəcədə pozub.

“Xarici valyutadakı kredit və depozitlərin payı artdıqca, xarici valyutadakı öhdəliklər və qaytarılmayan kreditlər banklar üçün risk yaradır. Vaxtı keçmiş kreditlərin həcminin artması və zəif bankçılıq təcrübəsi bankların bazarın likvidliyini qoruyub saxlamasını tələb edir. Bundan başqa, Mərkəzi Bank effektiv təkrarmaliyyələşdirmə vasitələrinin olmaması səbəbindən kommersiya banklarının, xüsusilə kiçik və orta müəssisələrin kredit təchizatını azaldır. Əmanətlərin tam sığortalanması ilə bağlı qəbul olunan qərar bank sisteminə inamı artıracaq.

Xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3%, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12% olmaqla, məbləğindən asılı olmayaraq əmanətlərin tam sığortalanması milli valyutanın istifadəsi ilə yanaşı, dövlətin manatda olan istiqrazlarının buraxılışını da canlandıracaq. Likvidliyi təmin etmək üçün Mərkəzi Bankın banklara verdiyi kreditin müddətinin 1 gündən 7 günədək uzadılması, məcburi ehtiyat normasının isə 2%-dən 0,5%-dək azaldılması yerli valyutanı daha likvid edəcək”, - deyə məlumatda bildirilir.

1news.az

Paylaş:
1008

Son xəbərlər

Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54
Bütün xəbərlər