Dövlət Komitəsinin sabiq aparat rəhbərinə qarşı cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsinin sabiq aparat rəhbərinə qarşı cinayət işi açılıb

12:23 - 30 / 03 / 2016
Dövlət Komitəsinin sabiq aparat rəhbərinə qarşı cinayət işi açılıb

Azərbaycanda Dövlət Komitəsinin sabiq aparat rəhbərinə qarşı cinayət işi açılıb.

Bu barədə 1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbərinin vətəndaşı işə düzəltmək adı ilə ondan külli miqdarda pulunu alaraq aldatması ilə əlaqədar həmin Komitədən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı qeyd olunan Komitənin sabiq aparat rəhbəri Səfər İmanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş Eynur Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1news.az

Mövzu ilə bağlı:

http://www.1news.az/az/cemiyyet/20160215114509218.html

http://1news.az/az/cemiyyet/20160219045623594.html

Paylaş:
442

Son xəbərlər

Bütün xəbərlər