Campaolo Kutillo: “TAP layihəsinin reallaşdırılmasına heç nə mane ola bilməz” | 1news.az | Xəbərlər
Siyasət

Campaolo Kutillo: “TAP layihəsinin reallaşdırılmasına heç nə mane ola bilməz”

12:54 - 30 / 03 / 2016
Campaolo Kutillo: “TAP layihəsinin reallaşdırılmasına heç nə mane ola bilməz”

1news.az İtaliyanın Azərbaycandakı səfiri ilə müsahibəni təqdim edir.

- Siz bizə sonuncu dəfə 2014-cü ilin may ayında müsahibə vermişdiniz. İki dövlət arasındakı münasibətlərdə o zamandan bəri nələr dəyişib və ikitərəfli münasibətləri necə dəyərləndirirsiniz?

- Bu müddət ərzində ölkələrimiz arasında qarşılıqlı əlaqə daha da genişlənib. 14 iyul 2014-cü ildə Azərbaycan prezidenti İlham Əliyev və İtaliyanın baş naziri Matteo Rentsi “Azərbaycan Respublikası və İtaliya Respublikası arasında strateji tərəfdaşlığa dair birgə deklarasiya”nı qəbul edib. Bu deklarasiya əməkdaşlığın dərinləşməsinə əsas verdi.

Son illər ərzində əlaqələrimiz həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində dəyişdi.

- Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorunin inkişafı üzərində davamlı işlər görür. Ölkəniz bu kontekstdə hansı yeni texnologiyaları təklif edə bilər? Sizin ölkəniz iqtisadiyyatın hansı sferalarına investisiya yatırımı edə bilər? Haqqında danışmaq istədiyiniz layihələr varmı?

- İtaliya şirkətləri Azərbaycanda ilk dövrlərdə yalnız energetika sahəsində fəaliyyətə başlamışdısa, indi azərbaycanlı tərəfdaşlarla iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq vardır. İtaliyadan Azərbaycana ixracı nəzərdən keçirsək görə bilərik ki, ötən il onun həcmi 700 milyon avroya qalxıb. Halbuki, 5 il əvvəl bu rəqəm 200 milyon idi.

İtaliya Azərbaycan üçün faydalı olan bütün mühüm texnologiyalara sahibdir, bu da əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaradır. Qeyd etmək istəyirəm ki, bu yaxınlarda SOCAR İtaliyanın Maire Tecnimont şirkəti Sumqayıt kimya-sənaye parkında SOCAR Polymer  layihəsi çərçivəsində polietilen zavodunun tikintisi ilə bağlı 180 milyon dollar həcmində müqavilə imzalayıb.   

Azərbaycanda fəaliyyət göstərən bir çox şirkətlər vardır.

-İki ölkə arasında bu il rəsmi səfərlər gözlənilirmi?

- Dəqiq tarixi deyə bilməsəm də biz İtaliyadan Azərbaycana tüksək səviyyəli səfər təşkil edəcəyik.Xatəlatmaq istəyirəm ki, 2014 və 2015-ci illərdə Azərbaycan prezidenti İlham Əliyevin İtaliyaya səfərləri olub, həmçinin, nazirlər səviyyəsində də başqa gör üşlər keçirilib.

Əsasən iki ölkə arasında yüksək səviyyəli görüşlər tez-tez keçirilir. Ümid edirik ki, bu il də istisna olmayacaq.

- İtaliyanın Apulya bölgəsində ekoloqlar TAP-ın tikintisi əleyhinə çıxışlar edir. Bu layihənin reallaşdırılmasına təsir edə bilərmi?

- Düşünmürəm ki, bu layihənin reallaşdırılmasına təsir hansısa tərzdə təsir edə bilər. İtaliyanın mərkəzi hökuməti ötən il Transadriatik qaz-boru kəmərinin (TAP) Apuliya bölgəsindən keçən layihə marşrutunu təsdiq edib.

Düşünürəm ki, bütün bürokratik məsələlər həll olunacaq və heç bir gecikmə yaşanmayacaq.

TAP “Şahdəniz-2” çərçivəsində təbii qazın “Şahdəniz” təbii yatağından Yunanıstan, Albaniyadan keçərək Cənubi Avropaya nəqlini nəzərdə tutur.Qaz boru kəmərinin ötürmə qabiliyyəti il ərzində 10 milyard kubmetr təşkil edir. Azərbaycan qazının həmin boru kəməri ilə nəqlinə 2019-cu ildən etibarən başlamaq nəzərdə tutulur. “Şahdəniz-2” layihəsi çərçivəsində qazın hasilatı 2018-ci ilədn həyata keçiriləcək.

- İtaliyanın Adriatik dənizindəki terminalı amerikanın maye qazını qəbul edə bilər. Bu İtaliyaya Xəzər dənizindən enerji resursları nəqlinin əhəmiyyıtini azalda bilərmi?

- Düşünmürəm ki, bu “Cənub qaz dəhlizi” layihəsinin reallaşdırılmasına təsir edəcək. Biz “Cənub qaz dəhlizi” və onun sonuncu qolu olan TAP-ı İtaliya və Avropa İttifaqı  (Aİ) arasında strateji prioritet olaraq qiymətləndiririk. Bu haqda dəfələrlə rəsmi səviyyədə Aİ-də və İtaliya hökuməti tərəfindən bəyanatlar səsləndirilib.

Kağız üzərində mümkün yollar və boru kəmərləri haqqında bir çox layihələr ola bilər. Biz enerji resurslarının diversifikasiyasında maraqlıyıq. Bu kompleks fəaliyyətdir. Lakin hazırda real layihə “Cənub qaz dəhlizidir. Biz onu dəstəkləyirik və heç bir layihə ona təsir edə bilməz. Düşünmürəm ki, başqa layihənin ona təsir etməsi ilə bağlı risk mövcuddur.

- 20 ildir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nizamlanmayaraq qalır və 1 milyondan artıq məcburi köçkün öz torpaqlarına qayıda bilmir. Necə düşünürsünüz, beynəlxalq ictimaiyyət bu münaqişənin həlli üçün səy göstərməlidirmi? Avropa İttifaqı (Aİ) bu prosesdə fəal rol oynaya bilərmi?

- Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı vəziyyətlə bağlı çox narahatdır. Bildiyiniz kimi, münaqişənin nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğuldur ki, bunun da həmsədrləri Rusiya, ABŞ və Fransadır. Aİ və bir çox beynəlxalq ictimaiyyət Minsk qrupunun fəaliyyətini dəstəkləyir. Lakin münaqişənin nizamlanması prosesində məyusluğu da aydın görürük.

Əlbəttə ki, Aİ münaqişənin həlli ilə bağlı tərəflərlə müzakirə etməyə hazırdır. Lakin daha çox nailiyyətlərin əldə olunması üçün Azərbaycan və Ermənistan münaqişənin nizamlanması ilə bağlı vasitəçinin kim olacağına dair qərarı özü verməlidir. Münaqişə tərəfləri özü dəyişməyənə qədər mən, formatda dəyişikliyin mümkünlüyünü görmürəm. 

- Ötən il nə qədər azərbaycanlı turist İtaliyanı ziyarət edib və sizin səfirlikdə viza almaq nə dərəcədə çətindir? 

- Azərbaycandan İtaliyaya gələn turistlərin sayı ildən-ilə artmaqdadır. Hər il 10 minə yaxın azərbaycanlı İtaliyaya turist olaraq gəlir. 2014-cü ilin sentyabrın 1-dən etibarən Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirlməsilə bağlı qərar qüvvəyə minib ki, bu da vizanın alınması işini asanlaşdırıb. Prosedur çox sadədir, viza qısa zaman ərzində verilir.

- Azərbaycanda İtaliya incəsənət və kino xadimləri, eləcə də müğənnilər çox məşhurdur. Bu il hər hansı bir digər səfərlər təşkil oluna bilərmi?

- İtaliya incəsənət və kino xadimlərinin səfəri ölkəniz tərəfindən hər hansı bir tədbirə dəvət əsasında həyata keçirilib. İtaliyadan Azərbaycana çox məşhur incəsənət xadimləri gəlib. Bu, onların sizin respublikaya şəxsi istəyindən dolayı olub. Misal üçün, ölkənizə aktrisa Ornela Muti, bəstəkar Ennio Morrikone və dirijor Rikkardo Muti və başqaları səfər ediblər.

Demək istəyirəm ki, bu cür görüşlər münasibətlərimiz üçün müsbət töhfə verir və düşünürəm ki, gələcəkdə də bu, davam edəcək.

- İtaliya ictimaiyyəti Azərbaycan haqda hansı məlumatlara malikdir?

- İtaliyada ölkəniz haqda məlumat ildən-ilə artır. Azərbaycan Avropa az tanın ölkə deyil. İtaliyada Azərbaycan müxtəlif mədəniyyət tədbirləri sayəsində çox tanınır. Azərbaycan Milandakı sərgidə və digər irimiqyaslı tədbirlədə yüksək səviyyədə təmsil olunub.

Azərbaycan İtaliyanın vacib iqtisadi tərəfdaşıdır. Ölkənizi bir sıra enerji layihələrinin həyata keçirilməsi ilə bağlı tanıyırlar. Düşünürəm ki, Bakıda Formula-1 yarışlarının keçirlməsi İtaliya vətəndaşlarının ölkəniz haqda məlumatlılığını daha da artıracaq. 

1news.az

Paylaş:
966

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər