Qarabağda yaşayan ermənilərin sayı məlum oldu | 1news.az | Xəbərlər
Siyasət

Qarabağda yaşayan ermənilərin sayı məlum oldu

15:17 - 31 / 03 / 2016
Qarabağda yaşayan ermənilərin sayı məlum oldu

2015-ci ilin dekabrında Dağlıq Qarabağda keçirilən siyahıyalmanın ilkin nəticələri məlum olub.

1news.az-ın aznews.az-a istinadla verdiyi xəbərə görə, Azərbaycanın işğal olunan torpaqlarında 146 min 260 nəfər yaşayır.

Qondarma “Dağlıq Qarabağ Respublikasının Statistika Xidməti”nin məlumatına görə, həmin sakinlərin 70 min 512 nəfəri şəhərlərdə, o cümlədən 50 mini Xankəndində yaşayır.

“Qarabağın Statistika Xidməti” siyahıyalamanın yekun nəticələri barədə 2016-cı ilin noybarında yekun hesabat dərc edəcəyini və həmin sənəddə 55 aspekt üzrə Dağlıq Qarabağda yaşayan sakinlərin milliyəti, məşğuliyyəti və sosial tərkibi barədə məlumat verəcəyini bildirib.

Dağlıq Qarabağda sonuncu dəfə 2005-ci ildə siyahıyalama keçirilmişdi. Həmin vaxt bölgədə 137 min 737 nəfərin yaşadığı müəyyən olunmuşdu.

Son 10 ildə Azərbaycanın işğal olunmuş torpaqlarında yaşayan əhalinin sayı cəmi 8,5 min nəfər artıb.

1news.az

Paylaş:
888

Son xəbərlər

Bütün xəbərlər