“Abituriyent” jurnalının 2‑ci sayı çap edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Abituriyent” jurnalının 2‑ci sayı çap edilib

17:01 - 31 / 03 / 2016
“Abituriyent” jurnalının 2‑ci sayı çap edilib

2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri “Abituriyent” jurnalının 2ci sayında çap edilib.

1news.az-ın APA-ya istinadən məlumatına görə , Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib ki, bu nömrədə 2015-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, imtahan fənləri üzrə bəzi test tapşırıqlarının izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodiki məqalələr də dərc olunub.

Jurnalı “Abituriyent” satış köşklərindən, kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Qəbul imtahanları Bakı, Sumqayıt, Naxçı­van, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Göyçay, Mingəçevir və Ağcabədi şəhərlərində keçirilir. Cari ilin məzunları (peşə liseylərinin məzun­ları istisna olmaqla) bitirdikləri təhsil müəs­sisə­lərinin yerləşdiyi bölgəyə uyğun şəhərdə imtahan verirlər. Əvvəlki illərin məzunları və peşə lisey­ləri­nin cari il məzunları ərizələrində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsi­qəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verirlər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanı əvvəlki illərin məzunları üçün may ayında, cari ilin məzunları üçün isə iyul ayında keçirilir.

Paylaş:
4708

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər