Əli Həsənov: “Ermənilər dünyada mövcud olmayan faktları yayırlar” | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: “Ermənilər dünyada mövcud olmayan faktları yayırlar”

17:41 - 31 / 03 / 2016
Əli Həsənov: “Ermənilər dünyada mövcud olmayan faktları yayırlar”

1918-ci il mart hadisələrinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması bizim vətəndaşlıq borcumuzdur.

1news.az-ın məlumatına görə, bu sözləri Ermənistanın Azərbaycana təcavüzü və ərazi iddiaları ilə bağlı kitabların təqdimatında çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində Elmin İnkişaf Fondu tərəfindən keçirilən ikinci müsabiqənin qalibləri - Ermənistanın Azərbaycana təcavüzü və ərazi iddialarına həsr olunan kitabların təqdimatı keçirilib.

Tədbirdə Elçin Əhmədovun yazdığı üçcildli “Ermənistanın Azərbaycana təcavüzü” və millət vəkili Musa Qasımlının “Ermənistanın sovetləşməsi dövründən Azərbaycan ərazilərinin işğalına qədərki dövrdə ermənilərin iddiaları: tarix olduğu kimi, 1920-1994-cü illər” adlı monoqrafiyası təqdim olunub.

Ə.Həsənovun sözlərinə görə, bu kitabların yazılması, onların yayılması, xarici dillərə tərcümə edilməsi və nəşri mühüm əhəmiyyət kəsb edir:

“Son 200 ildə ermənilər davamlı olaraq Azərbaycan xalqına qarşı soyqırımı, azərbaycanlıların doğma torpaqlarından qovulması siyasəti, qanlı aksiyalar həyata keçiriblər”.

Mart hadisələrindən danışan Ə.Həsənovbildirib ki, ermənilər öz siyasi məqsədlərinə çatmaq üçün dinc azərbaycan xalqına qarşı qırğınlar törədiblər. Mat hadisələri zamanı ermənilər Bakıda və regionlarda on minlərlə günahsız azərbaycanlı öldürülüb.

Ə.Həsənov 1992-ci ilin fevralında Ermənistanın silahlı qüvvələrinin Xocalıda dinc azərbaycanlılara qarşı da qırğınlar törətdiklərini xatırladaraq qeyd edib ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınların dünya ictimaiyyətinə çatdırılması sahəsində son vaxtlar Azərbaycanın yürütdüyü siyasət öz müsbət nəticəsini verməkdədir. Belə ki, artıq bir sıra xarici ölkələrdə Xocalı soyqırımının tanınması ilə bağlı müxtəlif qətnamələr qəbul edilib.

Ermənilərin həqiqətə uyğun olmayan faktları, uydurulmuş hadisələri yaydıqlarını və dünya ictimaiyyətinə təqdim etdiklərini deyən Ə.Həsənovun sözlərinə görə, ermənilər azərbaycana qarşı törətdikləri hadisələrin fotolarını və videolarını özlərininki kimi dünyaya çatdırmağa çalışırlar.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi qeyd edib ki, bununla da ermənilər özlərini daim təcavüzə və zorakılığa məruz qalan xalq kimi tanıtmaq istəyirlər:

“Lakin tarixçilər, dünya siyasətçiləri onların əsl simalarını yaxşı tanıyırlar. Biz həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istəyirik. Biz kiminsə bizə ermənilərdən qisas almağa kömək etməsini tələb etmirik. Biz qisas hissi ilə yaşamırıq, əksinə, istəyirik dünya ictimaiyyəti bilsin ki, tarixdə bu cür hadisələr bir də təkrarlanmasın”.

Ə.Həsənov Ermənistanı özünün müttəfiqi etmək istəyən dövlətlərə də səslənərək onları təcavüzkar bir ölkə ilə tətərdaşlıq əlaqələri qurmağın mümkünlüyü barədə düşünəyə çağırıb.

1news.az

 

Paylaş:
664

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər