Quldurluğa görə saxlanılan şəxslərdən narkotik maddə və silah götürülüb
Polis quldurluq etdikləri üçün saxladıqları şəxslərdən narkotik maddə və silah götürüb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu polisinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də Bakı şəhər sakini Ləman Heydərovaya hədə-qorxu gəlib 200 manatını almış həmyerliləri, əvvəllər məhkum olunmuş Pərvin Osmanov, Elvin Tağıyev və Rəhman Abbasov tutulublar.
P.Osmanovdan 1,62 qram tiryək, E.Tağıyevdən isə 6,3 qram marixuana götürülüb.
P.Osmanovun evinə baxış zamanı 2,291 qram tiryək, nömrəsi silinmiş və qundağı kəsilmiş “TOZ-63” markalı tüfəng, E.Tağıyevin evinə baxış zamanı isə 30,2 qram marixuana aşkar edilərək götürülüb.
1news.az