Bakıda “Dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda konfrans keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda konfrans keçirilib – FOTO

22:51 - 31 / 03 / 2016
Bakıda “Dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda konfrans keçirilib – FOTO

Bu gün Bakıda “Dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda konfrans keçirilib.

1news.az-ın məlumatına görə, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) birgə təşkilatçılığı ilə keçirilən konfransda Fondun icraçı direktoru Vüqar Səfərli, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, habelə ölkədə fəaliyyət göstərən 30-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

“Azərsu” ASC-nin sədri Q.Hüseynov qonaqları salamlayaraq kütləvi informasiya vasitələrinin dövlət və cəmiyyət həyatındakı müstəsna rolundan söz açıb. Rəhbəri olduğu qurumun media ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini deyən Q.Hüseynov Fondun dəstəyi ilə keçirilən görüşün ictimaiyyətin “Azərsu” ASC-nin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə dolğun şəkildə məlumatlandırılması baxımından müstəsna əhəmiyyətə malik olduğunu bildirib:

Daha sonra görüşün məqsədi barədə danışmaq üçün söz Fondun icraçı direktoru Vüqar Səfərliyə verilib. İcraçı direktor V.Səfərli konfrans iştirakçılarını salamlayaraq tədbirin təşkilinə verdiyi dəstəyə görə “Azərsu” ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib və qurumun ölkənin su təsərrüfatının yenidənqurulması sahəsində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

V.Səfərli daha sonra ölkə rəhbərliyinin kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmini, habelə fikir, söz və məlumat azadlıqlarının yüksək səviyyədə təminatı sahəsində ardıcıl tədbirlər həyata keçirdiyini xatırladıb. Fondun icraçı direktoru KİV-ə dövlət qayğısının sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edildiyini xatırladıb.

V.Səfərli, həmçinin Konsepsiyadan irəli gələn vəzifələrin gerçəkləşdirilməsi üçün ölkə başçısının 3 aprel 2009-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını qeyd edib.

İcraçı direktor bildirib ki, Fondun yaradılmasında başlıca məqsəd ölkədə fikir, söz və məlumat azadlıqlarının daha da genişləndirilməsi, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkə jurnalitslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması olub.

V.Səfərli ötən 7 ildə Fondun bu və digər istiqamətlərdə həyata keçirdiyi prioritet layihələr barədə də ətraflı məlumat verib.

Çıxışını davam etdirən icraçı direktor Fondun Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasına müvafiq olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə dövlət qurumları ilə birgə tədbirlər və fərdi jurnalist yazıları müsabiqələri təşkil etdiyini, “Azərsu” ASC-də keçirilən konfransın qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə sanballı töhfə verəcəyini vurğulayıb.

Konfransda çıxış edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Mövqe” qəzetinin baş redaktoru Rasim Bayramov, “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Təhsil Problemləri” qəzetinin baş redaktoru Malik Qurbanov, “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova və başqaları tədbirin əhəmiyyətini xüsusi vurğulayıblar. Tədbirdə KİV rəhbərlərini maraqlandıran suallar da ətraflı cavablandırılıb.

V.Səfərli bildirib ki, 2009-cu ildən Fonda dövlət büdcəsindən 20 milyon manatdan çox vəsait ayrılıb. İcraçı direktor onu da bildirib ki, Fondun və “Azərsu” ASC-nun rəhbərliyi “Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər” movzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirmək barədə qərar qəbul edib.

Qeyd edilib ki, birgə müsabiqənin təşkilində məqsəd Azərbaycanda su təsərrüfatının inkişafı və infrastrukturun yenidənqurulması sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaqdır.

1news.az

 

Paylaş:
685

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər