“RBC Capital”: Neftin qiyməti 70 dollaradək bahalaşacaq
Kanadanın maliyyə təşkilatı “RBC Capital”ın proqnozuna görə, neftin qiyməti 70 dollaradək bahalaşacaq.
1news.az-ın AZƏRTAC-a istinadlaverdiyi xəbərə görə, “RBC Capital” hesabatında Nigeriya, İraq, Venesuela, Əlcəzair və Liviyadakı müharibə və siyasi vəziyyətin neft hasilatında çətinliklər yaradacağı, bunun nəticəsində də bazarda formalaşacaq təklif azlığının “qara qızıl”ın qiymətinin bahalaşmasına səbəb olacağı bildirilir.
“RBC”nin qlobal əmtəə strategiyası müdiri Helima Kroftun fikrincə ilk növbədə gündəlik təklif azaldılmalı və qlobal ehtiyatlar normal səviyyələrə gəlməlidir. H.Kroft deyib:
“RBC” Qərbi Texas növü - “Layt” markalı neftin bir barrelinin qiymətinin bu ilin dördüncü rübünə kimi təxminən 50 dollar səviyyəsinə qalxacağını proqnozlaşdırır. O cümlədən qlobal neft ehtiyatları lazımi vəziyyətə qayıtmayana qədər “qara qızıl”ın qiyməti 55-60 dolları ötməyəcək”.
Lakin H.Kroftun qənaətinə görə qarşıdakı iki ildə neftin qiyməti 60-70 dollar olacaq və bazarda tarazlıq yaranacaq.
1news.az