Azərbaycan XİN Somalidə ölkə vətəndaşının öldüyünü təsdiqləyib
Azərbaycan Xarici İşlər Nazirliyi Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən hücum nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olduğunu təsdiqləyib.
1news.az-ın məlumatına görə, Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev APA-ya bildirib ki, Azərbaycan vətəndaşı, 1982-ci il təvəllüdlü İsmayılova Kəmaliyyə Savalan qızı hadisə zamanı ölüb. Bu barədə Azərbaycan XİN-ə Türkiyə XİN-dən məlumat verilib. K. İsmayılovanın iki oğlu - 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə yaralanıblar və Moqadişo xəstəxanalarından birinə yerləşdiriliblər.
Qeyd edək ki, hadisə zamanı K. İsmayılovanın iki oğlu - 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar yaralanıblar və Moqadişo xəstəxanalarından birinə yerləşdiriliblər. Olaydan xəbər tutan Kəmalə İsmayılovanın həyat yoldaşı İsmayılov Əflatun Veysəl oğlunun vəziyyəti pisləşib.
Uzun müddət ailəsi ilə birgə Türkiyədə yaşayan və sonradan işləmək üçün Somaliyə göndərilən Ə. İsmayılov “Turkish Airlines” şirkətinin Somalidəki nümayəndəliyində və türk turizm şirkətində çalışır. Kəmalə İsmayılova isə Moqadişoda fəaliyyət göstərən Türk Özəl Liseyində müəllimə olub.
1news.az