Aprelin 2-nə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Aprelin 2-nə olan hava proqnozu açıqlanıb

14:38 - 01 / 04 / 2016
Aprelin 2-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 2-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 15-20, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 2-3-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, aprelin 2-də arabir güclənən gilavar küləyinin 3-də güclü xəzri küləyi ilə əvəz olunacağı, temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

1news.az

 

Paylaş:
1632

Son xəbərlər

Bütün xəbərlər