3 mindən çox namizəd məktəb direktoru olmağa iddialıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

3 mindən çox namizəd məktəb direktoru olmağa iddialıdır

15:40 - 01 / 04 / 2016
3 mindən çox namizəd məktəb direktoru olmağa iddialıdır

Məktəb direktorlarının işə qəbulu ilə bağlı elektron ərizələrin qeydiyyatı başa çatıb.

Təhsil Nazirliyindən 1news.az verilən xəbərə görə, nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə qəbul olunmaq üçün 18-31 mart tarixlərində 3394 nəfər elektron ərizə ilə qeydiyyatdan keçib. Müsabiqəyə 600 vakant yer çıxarılıb.

Aprelin 1-dən müsabiqənin ikinci - elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsi başlanılıb. Elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi vaxtı namizədin ərizədə qeyd etdiyi şəxsi, təhsil, iş təcrübəsi haqqında məlumatları yoxlanılır və göstəricilərin qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılaraq, onun növbəti mərhələyə keçməsi barədə qərar qəbul edilir.

Elektron ərizədə qeyd edilən məlumatların düzgünlüyünə müsabiqə iştirakçısı birbaşa məsuliyyət daşıyır. Ərizədəki qeyd olunan məlumatlar mövcud qaydalara uyğun olmadıqda namizədin elektron ərizəsi ləğv edilir. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə qəbul olunmaq üçün qeydiyyatdan keçən namizədlərə ərizələrinin təsdiq olunduğunu bilmək üçün şəxsi səhifələrini izləmələri tövsiyə olunur.

1news.az

Paylaş:
516

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər