SOCAR mart ayı üzrə xam neft ixracının həcmini açıqlayıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin mart ayında Novorossiysk limanından 79 min 678 ton, Supsa limanından 176 min 335 ton neft ixrac edib.
1news.az-ın SOCAR-a istinadla verdiyi xəbərə görə, Ceyhan limanından isə 1 milyon 644 min 415 ton xam neft ixrac edib.
Ümümilikdə yanvar-mart ayları ərzində Novorossiysk limanından 79 min 936 ton, Supsa limanından 599 min 600 ton, Ceyhan limanından 4 milyon 628 min 741 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilib.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
1news.az
672