ATƏT nümayəndəsi jurnalist Rasim Əliyevin qətli ilə bağlı məhkəmə qərarını alqışlayıb
ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç jurnalist Rasim Əliyevin qətlində təqsirləndirilən şəxslərə verilmiş hökmü alqışladığı barədə bəyanatla çıxış edib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə ATƏT-in saytına Miyatoviç həmçinin bir sıra jurnalist, insan haqları müdafiəçilərinin prezidentin 17 mart tarixli əfv fərmanı ilə azadlığa buraxılmasını da müsbət qiymətləndirdiyini bəyan edib.
Miyatoviç rəhbərlik etdiyi qurumun media azadlığı və jurnalistlərin təhlükəsizliyi istiqamətində Azərbaycan hökuməti ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.
1news.az
541