Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib: ölən və yaralanan var
Gəncədə bədbəxt hadisə baş verib.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin DOS 102 yaşayış massivində qeydə alınıb.
Şəhər sakini 1990-cı il təvəllüdlü Elyar Musayev hələ ki, şəxsiyyəti məlum olmayan qızla evin vanna otağında huşsuz vəziyyətdə aşkar edilib. Onları dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsalar da, qızın həyatını xilas etmək mümkün olmayıb. E. Məmmədovun vəziyyəti isə ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
1news.az
605