Fransa senatoru: " Minsk Qrupu “addım-addım” strategiyasınından imtina etməli və hərəkətə keçməlidir " | 1news.az | Xəbərlər
Siyasət

Fransa senatoru: " Minsk Qrupu “addım-addım” strategiyasınından imtina etməli və hərəkətə keçməlidir "

23:59 - 03 / 04 / 2016
Fransa senatoru: " Minsk Qrupu “addım-addım” strategiyasınından imtina etməli və  hərəkətə keçməlidir "

 “Aydındır ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə heç də dondurulmuş deyil. Mövcud status-kvo qəbuledilməzdir. Biz tezliklə həll yolu tapmalıyıq".

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) 1news.az-a daxil olan məlumata görə, bu barədə Fransa Senatındakı Fransa-Qafqaz dostluq qrupunun prezidenti, senator Andre Reixardtın Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində düşmən tərəfindən atəşkəsin pozulması ilə bağlı bəyanatında bildirilib.

Bəyanatda qeud olunub ki, ATƏT-in Minsk Qrupu heç bir səmərə verməyən “addım-addım” strategiyasınından imtina etməli və  hərəkətə keçməlidir: "Azərbaycan özünün Dağlıq Qarabağ və  yeddi ətraf rayonun, ərazisinin 20 faizinin işğal altında qalmasını və Ermənistana dəhliz kimi istifadə edilməsini qəbul edə bilməz. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri icra edilməlidir".

"Biz heç nə baş verməmiş kimi davranmağa davam edə bilmərik. Bu qətnamələr Ermənistana görə icra edilmir və azərbaycanlıların narazılığı bizi təəccübləndirməməlidir. Düzdür, Suriya və ya İraqda baş verənlərlə müqaisədə bu münaqişə başqalarından daha az əhəmiyyətli görünə bilər. Lakin bu münaqişə nəzarətdən çıxmaq üzrədir və insan itkiləri həddindən artıq çoxdur. Biz həll yolu tapmalıyıq" deyə, A. Reixardt vurğulayıb.

1news.az

Paylaş:
481

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyaları niyə uğurzsuz oldu? - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər