Bosniya və Herseqovinanın sabiq baş nazirindən Azərbaycana dəstək | 1news.az | Xəbərlər
Siyasət

Bosniya və Herseqovinanın sabiq baş nazirindən Azərbaycana dəstək

13:48 - 04 / 04 / 2016
Bosniya və Herseqovinanın sabiq baş nazirindən Azərbaycana dəstək

Bosniya və Herseqovinanın “Müştərək cəmiyyətlər və dəyərlər” Fondunun rəsmi tvitter səhifəsində Azərbaycana dəstək ifadə olunub.

1news.az-ın məlumatına görə, Azərbaycanın dövlət bayrağının əks olduğu şəklin üzərində “Biz sizinləyik” yazısı və Azərbaycanda sülhə dəstək həştaqı (#peace #support #Azerbaijan) paylaşılıb.

Qeyd edək ki, Bosniya və  Herseqovinanın “Müştərək cəmiyyətlər və dəyərlər” Fondu 2014-cü ildə Sarayevoda Bosniya Herseqovinan sabiq baş naziri Zlatko Lagumdzija tərəfindən təsis olunmuş qeyri-hökumət təşkilatıdır.

Onu da bildirək ki, Bosniya və Herseqovinan sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü  Zlatko Lagumdzija cari ildə 10-11 mart tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş IV Qlobal Bakı Forumunda iştirak edib.

1news.az

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər